🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

10 ölkə İsraili qınadı

24.07.2025 20:25 1 baxış sayı 1 dəq. oxuma
10 ölkə İsraili qınadı

Türkiyə, Ərəb Liqası və İƏT də daxil olmaqla 10 ölkə İsrail parlamentinin İordan çayının qərb sahili ilə bağlı qərarını tənqid edib.

Metbuat.az xəbər verir ki, İsrail parlamenti İordan çayının qərb sahilində “İsrail suverenliyi”nin tətbiq edilməsini nəzərdə tutan bəyannaməni qəbul edib. Bəyanatda deyilir ki, bu bəyannamə beynəlxalq hüququn açıq və qəbuledilməz şəkildə pozulmasıdır. Həmçinin, sənəd Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozur.

Bəyanatda vurğulanıb ki, İsrailin birtərəfli hərəkətinin heç bir hüquqi nəticəsi yoxdur və işğal olunmuş Fələstin torpaqlarının, xüsusilə də işğal olunmuş Fələstin torpaqlarının ayrılmaz hissəsi olan Şərqi Qüdsün hüquqi statusunu dəyişdirə bilməz.

Paylaş: