🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

2 yaşlı uşağı kim qaçırıb? - TƏFƏRRÜAT

20.04.2025 18:25 11 baxış sayı 2 dəq. oxuma
2 yaşlı uşağı kim qaçırıb? - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, ötən gün 57 yaşlı 1-ci Qarabağ müharibəsi qazisi Telman Omarov Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilən toy mərasimindən 2 yaşlı qız uşağını qaçırıb.

Metbuat.az İTV-yə istinadən xəbər verir ki, Telman Omarov uşağı günorta saatlarından izləyirmiş.

Azyaşlının nənəsi bildirib ki, uşağın itdiyini görəndə düşünüblər ki, yaxınlıqdakı arxa düşüb:

“Maşının yanında durub gözləyirmiş. Uşaq həyətə çıxanda ona 1 manat uzadıb. Uşaq əlini pula uzadanda götürüb maşına qoyub. Evin hər iki tərəfində arx var. Əvvəl elə bildik arxa düşüb. Sonra öyrəndik ki, Telman uşağı qaçırıb”.

Qeyd edək ki, T.Omarov uşağı almaq üçün gələn valideynlərinin üzərinə həyətdə saxladığı iti buraxıb.

Sərxoş vəziyyətdə olan kişi polis əməkdaşları tərəfindən saxlanılıb, uşaq valideynlərinə təhvil verilib.


Paylaş: