ABŞ-də birinci olan “DeepSeek” kiberhücumlara məruz qaldı
Çinin süni intellekt şirkəti “DeepSeek” kiberhücumlara məruz qalıb.
Metbuat.az xəbər verir ki, şirkət öz internet səhifəsindəki kiberhücumlara görə süni intellekt aləti üçün yeni istifadəçi qeydiyyatını müvəqqəti olaraq dayandırıb. Məlumata görə, mövcud istifadəçilər proqramdan istifadə etməyə davam edə biləcəklər, lakin mobil proqram bəzi ərazilərdə yavaşlamalar yaşayır. Bildirilir ki, şirkətin veb saytındakı AI serveri silinib. Səhifədəki məlumatda ““Deep Seek” xidmətlərinə genişmiqyaslı zərərli hücumlar səbəbindən xidmətin davamlılığını təmin etmək üçün qeydiyyatı müvəqqəti məhdudlaşdırırıq” yazılıb.
Qeyd edək ki, “DeepSeek”in süni intellekt aləti ChatGPT-ni keçərək ABŞ-nin tətbiq mağazalarında ən çox yüklənən proqram olub.
Oxşar xəbərlər
Zelenskinin getdiyi ölkə kiberhücuma məruz qaldı
Bugun.az
OpenAI CEO-su Sam Altman DeepSeek haqqında danışdı
Texnologiya xəbərləri
ABŞ Fond Bazarında "Dərin Axtarış" küləyi: Apple s...
Texnologiya xəbərləri
DeepSeek: Gələcəyin Süni Zəkası?
Texnologiya xəbərləri
DeepSeek Şirkətinin MIT Lisenziyalı Süni Zəkası Op...
Texnologiya xəbərləri
Mixail Saakaşvili Kiyevdə hücuma məruz qaldı
Son Xeberler