
Ağcabədidə xəsarət alanların vəziyyəti açıqlandı

Ağcabədidə qumbaranın partlaması nəticəsində xəsarət alan 2 nəfərin vəziyyəti açıqlanıb.
TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlardan 1985-ci il təvəllüdlü (qadın cinsli) şəxsə aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü (qadın cinsli) azyaşlıya isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.
Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

Aviaqəzada xəsarət alanların son vəziyyəti açıqlan...
Bugun.az

Qəzada xəsarət alanların vəziyyəti açıqlandı
Bugun.az

Ağır qəzada yaralananların vəziyyəti açıqlandı
Bugun.az

SON DƏQİQƏ! Ağcabədidə təşkilat sədri intihar etdi...
Son Xeberler

Kəmaləddin Heydərov xəsarət alanların son vəziyyət...
Bugun.az

Ucarda ağır yol qəzası: Çox sayda ölü və yaralı va...
Son Xeberler