
Ağdamda yük avtomobili minaya düşdü

Ağdam rayonunda mina hadisəsi baş verib.
Bu barədə Metbuat.az-a Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən məlumat verilib.
Bildirilib ki, Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində mina hadisəsi baş verib.
Ağdam rayonunun Quzanlı kənd sakini 1965-ci il təvəllüdlü Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşüb, partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnib, hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər

Hərbçimiz minaya düşdü
Bugun.az

Tərtərdə mülki şəxs minaya düşdü
Son Xeberler

Füzulidə mülki şəxslər minaya düşdü, ölən və yaral...
Son Xeberler

SON DƏQİQƏ: Hərbiçilərimiz Ağdamda minaya düşdü -
Son Xeberler

Azərbaycanda vəzifəli şəxs minaya düşdü -
Son Xeberler

Azərbaycanda toydan çıxan bəy qəzaya düşdü
Xəbər Anı