🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Ağır qəzada ölən şəxs bu nazirliyin əməkdaşı imiş -FOTO

15.08.2025 08:25 1 baxış sayı 2 dəq. oxuma
Ağır qəzada ölən şəxs bu nazirliyin əməkdaşı imiş -FOTO

Naxçıvan Muxtar Respublikasında baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən şəxslərdən biri nazirlik əməkdaşı olub.

Metbuat.az Oxu.Az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən Möhlət Baxtıcamal oğlu Zamanov Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşı idi.

Qeyd edək ki, hadisə Babək rayonunun Qahab kəndi ərazisində qeydə alınıb.

Belə ki, 33 yaşlı Möhlət Baxtıcamal oğlu Zamanovun idarə etdiyi "Mercedes" markalı avtomobil "Ford" markalı nəqliyyat vasitəsilə toqquşub.

Nəticədə Babək rayon Qahab kənd sakini, Möhlət Baxtıcamal oğlu Zamanov və 27 yaşlı Babək rayon Naxışnərgiz kənd sakini Mənsur Mərdan oğlu Zamanov hadisə yerində dünyasını dəyişiblər. Avtomobilin digər sərnişini, Naxışnərgiz kənd sakini, 30 yaşlı Şöhrət Aydın Zamanov isə ağır bədən xəsarətləri ilə Naxçıvan Muxtar Respublika xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu deyilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş: