AMB kart hesablarından oğurluq hallarına qarşı tədbir görəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə vətəndaşlarının kart hesablarından oğurluq halları ilə bağlı bir neçə tədbir həyata keçirməyi nəzərdə tutur.
Metbuat.az xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin sədr müavini Vüsal Xəlilov təmsil etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Nağdsız ödənişlər artıqca, dələduzluq halları da artır. Bütün ölkələrdə bunu müşahidə etmək olar. Əfsuslar olsun ki, Azərbaycanda da belə hallar artmaqdadır. Bu, əsasən vətəndaşların özlərinə məxsus məlumatları paylaşmasından irəli gəlir. AMB ilk olaraq bu ilin martından maliyyə sektorunda informasiya və kibertəhlükəsizlik qaydalarını yeniləyəcək. Bunun müəyyən qədər müsbət təsiri olacaq. Eyni zamanda maliyyə qurumları ilə birgə mediada marifləndirici işlər aparılacaq", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Bakıda evdən 50 000 manatlıq oğurluq edildi
Son Xeberler
Terim Sarı Kart Qaydalarında Dəyişiklik Təklif Etd...
Bugun.az
Bakıda oğurluq edən qardaşlar tutuldu
Son Xeberler
Xüsusi icazə alıb oğurluq etdilər -
Son Xeberler
Tovuzda mənzildən 15 min manatlıq oğurluq olub
Son Xeberler
Kart məlumatlarının oğurlanması ilə bağlı -
Son Xeberler