🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Azərbaycan güləşçiləri Bolqarıstanda iki medal qazandı

24.01.2025 22:25 11 baxış sayı 1 dəq. oxuma
Azərbaycan güləşçiləri Bolqarıstanda iki medal qazandı

Azərbaycan güləşçiləri Bolqarıstanın Varna şəhərindəki "Dan Kolov - Nikola Petrov" turnirində iki medal qazanıb.

Metbuat.az xəbər verir ki, Sadiq Mustafazadə (92 kq) dairəvi sistem üzrə baş tutan mübarizədə ilk turda israilli Uri Kalaşnikova qalib gəlib - 7:4.

Həmyerlimiz ikinci turda bolqarıstanlı Radomir Stoyanova heç bir şans tanımayıb - 18:6. Mustafazadə üçüncü turda amerikalı Erik Şultsla gərgin keçən görüşdə minimalhesablı qələbə qazanıb - 8:7. Sonuncu turda gürcüstanlı Sandro Kuraşviliyə 2:5 hesabıyla uduzan Sadiq ənənəvi yarışda gümüş medal əldə edib.

Ceyhun Allahverdiyev (61 kq) təsnifat mərhələsində bolqarıstanlı Dimitar Biserkova (10:0), 1/4 finalda isə Nahşon Qarretə (15:5) tam üstünlüklə qalib gəlib. Yarımfinalda digər ABŞ təmsilçisi Devan Törnerə 2:4 hesabıyla məğlub olan Ceyhun bolqarıstanlı Denis Naimi vaxtından əvvəl (10:0) üstələyərək turniri bürünc medalla başa vurub.

Paylaş: