
Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA

Bu ilin ilk 6 ayında öçkədə seysmik və tektonik aktivlik davam edəcək. Xəzər dənizi aktiv seysmik region sayıldığından aktivlik ən çox məhz bu su hövzəsində müşahidə olunacaq.
Metbuat.az xəbər verir ki, bunu “Xəzər Xəbər”ə açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib.
Onun sözlərinə görə, ölkənin digər ərazilərində olan aktiv seysmik zonalar da sakit deyil.
Qulam Babayev qeyd edib ki, hazırda Xəzər dənizində ardıcıl zəlzələlər baş verir. 3 və bir qədər yuxarı maqnitudalı zəlzələlər müşahidə edilir. Dövrilik bir neçə il əvvəl aktivləşməyə başlayıb və davam edəcəyi gözləniləndir.
O, bildirib ki, hiss olunan zəlzələlərin baş verəcəyi də istisna olunmur. Dağıdıcı və güclü zəlzələlər isə gözlənilmir.
Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev isə deyib ki, zəlzələnin əvvəlcədən proqnozu mümkün deyil.
Oxşar xəbərlər

Türkiyədə güclü zəlzələ oldu
Xəbər Anı

Türklərin yaşadığı bölgədə güclü zəlzələ oldu
Xəbər Anı

SON DƏQİQƏ: Türkiyədə güclü zəlzələ oldu
Xəbər Anı

Azərbaycanda zəlzələ oldu
Son Xeberler

Azərbaycanda zəlzələ oldu -
Ən Son Xəbərlər

Azərbaycanda zəlzələ oldu
Son Xeberler