🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Azərbaycanda selektiv aborta görə iki qadın öldü

17.04.2025 11:25 11 baxış sayı 3 dəq. oxuma
Azərbaycanda selektiv aborta görə iki qadın öldü

"Selektiv abortların olmasının qarşısının alınması üçün konkret təminatımız var".

Metbuat.az xəbər verir ki, bunu APA-ya müsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri, Sumqayıt Tibb Mərkəzinin direktor müavini, Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli deyib.

O bildirib ki, selektiv abortlara ciddi nəzarət olunmalıdır:

"DSK-nın rəqəmlərinə istinadən, 2023-cü ildə doğulmuş qız uşaqlarının sayı 52 802, oğlanların isə 59 812-dir. Bu nisbətə baxanda o qədər də ciddi pozulma müşahidə olunmur. Sadəcə nisbətin saxlanılması üçün selektiv abortlara ciddi nəzarət olunmalıdır. Bizim də buna uyğun Səhiyyə Nazirliyi tərəfindən verilmiş təlimatlarımız var.

Arzu olunmayan hamiləliklərdən qadınların qurtulması üçün kontraseptiya və ailə planlaması həyata keçirilir. Daha sonra 2023-cü ilin avqust ayında Xidmətlər Zərfi çərçivəsində dəyişiklik oldu və uşaqlıqdaxili spiralların taxılıb çıxarılması da təminata alındı. Bu da arzuolunmayan hamiləliklərin qarşısını almaqda istifadə olunur. Selektiv abortların olmasının qarşısının alınması üçün konkret təminatımız var.

Dölün cinsi 12 həftədən sonra məlum olur. Bizim kliniki protokollar sosial və tibbi göstəriş yoxdursa, selektiv aborta icazə vermir. Bu halda selektiv abortlar edilirsə, qeyri-qanunidir. Abortlar demoqrafiyamıza və genofondumuza çox mənfi təsir edən faktordur. Bununla bağlı davamlı maarifləndirmə işləri aparılmaldır".

Təranə Rəcəbli qeyd edib ki, 2024-cü ildə selektiv abort cəhdinə görə iki qadın ölüb:

"Ümumiyyətlə, abortlar qadın orqanizmi üçün çox təhlükəlidir. Beynəlxalq standart medikamentoz (dərmanla-red.) aborta üstünlük verir. İnvaziv müdaxilələri azaltmağa üstünlük verir. İnvanzif müdaxilələr uşaqlıqda infeksiyaların, mexaniki travmaların alınmasına səbəb olur. Bu da ağırlaşmalara və ölümlərə gətirib çıxarır.

ÜST 2000-ci ildə 386 min qadın arasında ölümləri araşdırmışdı. Və 14% halda abortdan sonra ölümlər baş verib. Qadınlarımız ailə planlaması etməli, arzuolunmayan hamiləlikdən qorunmalıdır".

Paylaş: