
Azərbaycanın iki güləşçisi finalda - Avropa çempionatı

Bu gün Albaniyanın paytaxtı Tirana şəhərində güləş üzrə U-23 Avropa çempionatına start verilib.
Metbuat.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kiloqramda finalçılar müəyyənləşib.
Azərbaycanın iki təmsilçisi qitə çempionatında finala vəsiqə qazanıb. Kənan Heybətov (70 kiloqram) və Fərid Cabbarov (79 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaqlar. Onlar müvafiq olaraq, rusiyalı Maqomed Eltemirov və Arsen Balayanla üz-üzə gələcəklər.
Təsəlliverici görüşlərdə Rəhman İmanov (57 kiloqram) Şimali Makedoniya təmsilçisi Stefan Şterjovla, Murad Haqverdiyev (65 kiloqram) ukraynalı Mikita Qonçarovla güləşəcək.
Oxşar xəbərlər

Azərbaycan güləşçisi Avropa çempionu oldu
Bugun.az

Nihat Məmmədli və Həsrət Cəfərov Avropa Çempionu o...
Bugun.az

Bakıda Dünya Çempionatı Keçiriləcək
Bugun.az

Həsrət finala yüksəldi
Bugun.az

Qurban Qurbanov Avropa çempionu oldu
Bugun.az

Azərbaycanın tanınmış güləşçisi virtual yarışda iş...
İdman Xəbər