
Baham adalarında köpək balığı turistlərə hücum etdi

Baham adalarının məşhur turizm məkanı olan Bimini körfəzində köpək balığının hücumu nəticəsində iki amerikalı turist yaralanıb.
Metbuat.az xəbər verir ki, qadınların üzərkən hücuma məruz qalaraq ağır yaralandığı bildirilir. Hadisədən sonra hər iki turist əlavə tibbi yardım üçün təyyarə ilə Nyu-Providens adasına aparılıb. Baham adaları polisi hücumla bağlı araşdırma başlatdıqlarını açıqlayıb. Yerli dairələrin məlumatına görə, hər iki zərərçəkən ABŞ vətəndaşıdır və onlar üzgüçülük zamanı hücuma məruz qalıb. Zərərçəkənlərdən birinin ağır bədən xəsarətləri aldığı məlum olub.
Qeyd edək ki, sonuncu dəfə Baham adalarında köpəkbalığı hücumu 2023-cü ildə qeydə alınmışdı.
Oxşar xəbərlər

Balığı şəkərlə qızardın
Tibbi məlumatlar

Balidə maska taxmayanlar belə cəzalandırılır -VİDE...
Son Xeberler

Açıqlandı: İsrail İrana hücum edəcək
Xəbər Anı

Çeçenistanda Rusiya Qvardiyasına hücum:
Xəbər Anı

Rus modelin İstanbulda bıçaqlandığı anlar kameraya...
Son Xeberler

Niyə balığı qatıqla yemək olmaz?
Tibbi məlumatlar