Braziliya ABŞ-nin mühacirlərlə bağlı davranışlarına etiraz etdi
Braziliya ABŞ-nin mühacirlərlə bağlı davranışlarına etiraz edib.
Metbuat.az xəbər verir ki, Braziliya Xarici İşlər Nazirliyi ABŞ-nin qeyri-qanuni braziliyalı mühacirləri əlləri qandallı deportasiya etməsindən sonra hərəkətə keçib. ABŞ-nin Braziliyadakı səfirliyinin müvəqqəti işlər vəkili Qabriel Eskobar Xarici İşlər Nazirliyinə çağırılıb. Açıqlamada deyilir ki, ABŞ-nin Braziliyadakı səfirliyinin müvəqqəti işlər vəkili Eskobarla Vaşinqtonun braziliyalı mühacirlərlə davranışları müzakirə edilib. ABŞ-ın müvəqqəti işlər vəkilinə bildirilib ki, Vaşinqtonun bu rəftarı mühacirlərin hüquqlarına açıqca məhəl qoymamaqdır.
Qeyd edək ki, braziliyalı qeyri-qanuni mühacirlər ABŞ-dən deportasiya edilmək üçün götürüldükləri təyyarədə əlləri bağlanmış vəziyyətdə görüntülənib. Braziliya hökuməti bu rəftarı pisləyib.
Oxşar xəbərlər
Neymar Braziliya millisinin heyətindən çıxarıldı
İdman Xəbər
Azərbaycan XİN Braziliyanı təbrik etdi
Son Xeberler
İrəvanda parlament binasının qarşısında etiraz aks...
Son Xeberler
Dünyanın Ən Böyük Futbol Ustadları: Siyahı
Son Xeberler
Braziliyada Apple "iPhone" Adının Hüquqlarını İtir...
Texnologiya xəbərləri
İrəvanda yenidən etiraz aksiyası keçirilir
Son Xeberler