🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bu qadınlar daha çox insult olur

15.08.2025 03:25 1 baxış sayı 2 dəq. oxuma
Bu qadınlar daha çox insult olur

Hansı qadınlarda insult riskinin daha çox olduğu məlum olub.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, Harvard İctimai Səhiyyə Məktəbi və Britaniya Kolumbiyası Universitetinin tədqiqatçıları kimlərsə tərəfindən təqiblə üzləşən və ya həbs qərarı verən qadınların sonrakı illərdə ürək-damar xəstəliklərindən əziyyət çəkmə ehtimalının artdığını müəyyən ediblər.

Tədqiqatda ürək-damar xəstəlikləri olmayan təxminən 46 yaşlı 66 mindən çox qadın iştirak etmişdir. 20 il ərzində aparılan müşahidələr nəticəsində demək olar ki, 12%-i təqib hallarını, təxminən 6%-i isə həbs qətimkan tədbiri yaşayıb.

Təhlil göstərdi ki, təqibə məruz qalan qadınların infarkt və ya insult riski olmayanlara nisbətən 41% daha yüksəkdir. Qadağa qərarı verənlər üçün risk 70% artıb. Bu məlumatlar digər amilləri - həyat tərzini, xroniki xəstəlikləri, uşaqlıq sui-istifadəsini və depressiya əlamətlərini nəzərə aldıqdan sonra da aktuallığını qoruyub saxlamışdır.

Müəlliflər qeyd edirlər ki, təhlükə hissi ilə bağlı daimi stress sinir sisteminə, damarların fəaliyyətinə və digər bioloji proseslərə mənfi təsir göstərə bilər.

Paylaş: