
Bu rayonlardakı yanğınlar tam söndürüldü

Ağdam və Füzuli rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hazırda Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi, Xocalı rayonunun Aşağı Yemişcan, Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Qeyd edək ki, yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzinin qüvvələri və Aviasiya dəstəsindən helikopterləri iştirak edir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər

Xocavənd, Şuşa və Xocalıda dağlıq ərazidə baş verm...
Bugun.az

Xaçmaz və Qubadakı yanğınlar söndürüldü
Bugun.az

Yunanıstanda Meşə Yanğınları: Fəlakətli Hadisələr
Son Xeberler

XİN-dən 500 ailəyə humanitar yardım
Son Xeberler

Ermənilər işğal etdiyi Azərbaycan ərazilərində
Son Xeberler

Bu kəndin girişində polis postları quruldu:
Son Xeberler