🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bu şəxslərə hərbi xidmətdən möhlət verilir

23.09.2025 15:25 1 baxış sayı 2 dəq. oxuma
Bu şəxslərə hərbi xidmətdən möhlət verilir

Ailə üzvlərinin sayına görə hərbi xidmətə çağırışda müəyyən güzəştlər var.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-a açıqlamasında bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.2-ci maddəsinə əsasən himayəsində 3 və daha çox uşaq olan çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilir.

“Bu Qanunun 19.2.-ci maddəsinə əsasən çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 30 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər”, - deyə açıqlamada qeyd olunub.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: