Bu şəxslərin əmək haqqıları 9 faiz artıb
2024-cü il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1775,3 min nəfər olub, onlardan 884,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 890,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, muzdla işləyənlərin 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5 faizi təhsil, 12, 9 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 15,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Məlumata görə, 2024-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8 faiz artaraq 996,8 manat təşkil etmişdir. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Oxşar xəbərlər
Sosial sığorta haqları üzrə daxilolmalar artıb
Bugun.az
Bakıda koronavirusa ən çox yoluxma bu rayonundadır
Son Xeberler
Bakıda ən çox yoluxma bu rayondadır
Son Xeberler
Bakıda ən çox yoluxma olan rayon açıqlandı
Son Xeberler
Orta aylıq pensiya artırılır - MƏBLƏĞ
Bugun.az
Bir ayda sərnişin səfər sayı 48 faiz artıb -
Son Xeberler