🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bu torpaqlara "kupça" verilməyə bilər

07.08.2025 14:25 1 baxış sayı 2 dəq. oxuma
Bu torpaqlara "kupça" verilməyə bilər

Torpaq sahələrinin satışı və ya hasara alınması zamanı ərazidə elektrik dirəklərinin və naqillərinin mövcudluğu tez-tez rast gəlinən vəziyyətdir.

Əmlak eksperti Elnur Fərzəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, əgər hər hansı bir ərazidən yüksək gərginlikli elektrik naqilləri, qaz, su və digər kommunikasiya xətləri keçirsə və bu xətlər ana xətdirsə, həmin ərazidə mütləq şəkildə həmin kommunikasiya vasitələrinin sağ və sol tərəfində neytral məsafə qorunmaqla boşluq saxlanılmalıdır.

Ekspert qeyd edib ki, vətəndaş ona məxsus torpaq sahəsində fərdi yaşayış evi tikirsə və ya ərazini hasara alırsa, həmin sahənin içərisindən və ya hasara ən yaxın məsafədən yüksək gərginlikli elektrik naqilləri keçirsə, bu zaman naqillərlə ara məsafəsi mütləq şəkildə qorunmalıdır. Bu məsafə elektrik xəttinin gücünə əsasən hesablanır:

“Bu tip ərazilər hasara alınarsa, gələcəkdə həmin sahədə fərdi yaşayış evinin inşası zamanı tikintiyə icazə verilməməsi mümkündür. Əgər neytral məsafə qorunmadan tikinti aparılıbsa, həmin tikiliyə sənəd verilməməsi də ehtimal olunur. Buna görə də vətəndaşlar torpaq sahəsi alarkən ərazidən və ya yaxınlığından elektrik, qaz, su, işıq və digər kommunikasiya xətlərinin, xüsusilə daşıyıcı ana xətlərin keçib-keçmədiyini yoxlamalı və bu xətlərə uyğun məsafəsi olan sahələri seçməlidirlər. Əks halda gələcəkdə əmlakın sənədləşdirilməsi və kommunikasiyaların çəkilməsi mümkünsüz ola bilər. İstənilən fərdi yaşayış evinə işıq, qaz, su və digər kommunikasiya xətləri çəkilir. Lakin bu ötürücü xətlər istisna olmaqla, digər yüksək gərginlikli ana xətlərə qarşı mütləq şəkildə təhlükəsizlik məsafəsi qorunmalıdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: