🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Çimərlik mövsümü nə vaxt açılacaq?

11.06.2025 15:25 22 baxış sayı 2 dəq. oxuma
Çimərlik mövsümü nə vaxt açılacaq?

Hazırda vətəndaşları maraqlandıran əsas məsələlərdən biri də çimərlik mövsümünün nə vaxt açılacağı ilə bağlıdır. Əslində, hər il iyunun 15-dən etibarən çimərlik mövsümü açıq elan olunur. Lakin bu tarixə cəmi 4 gün qalmasına baxmayaraq, hələ də rəsmi bir məlumat verilməyib.

Metbuat.az məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxlayıb.

Maraqlıdır ki, sorğu göndərdiyimiz nazirliklər bizi Bakı Şəhər İcra Hakimiyyətinə yönləndirib. Ancaq Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu məsələ onların səlahiyyətinə daxil deyil.

Digər sualımız isə bu il hansı çimərliklərdə dənizə girməyin qadağan olunması ilə bağlı idi. Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq qeyd edilib ki, laboratoriya nəticələri hazır olduqdan sonra ictimaiyyətə məlumat veriləcək.

Əhalinin əksəriyyəti artıq çimərliklərə üz tutsa da, mövsümün rəsmi açılışı ilə bağlı konkret açıqlama hələ də verilməyib.

Qeyd edək ki, artıq bəzi çimərlik zonalarında vətəndaşların dənizə girməsinə icazə verilir.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: