
Daşınmaz əmlak sığortasında nələr dəyişəcək? - AÇIQLAMA

Azərbaycanda daşınmaz əmlakın katastrofik risklərdən icbari sığortası nəzərdə tutulur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov məlumat verib. Yeni tələblərin tətbiqi ilə əlaqədar olaraq daşınmaz əmlakın icbari sığortasında əsas fərqləri və əlavə məsələlər gündəmə gəlir.
Sığorta məsələləri üzrə ekspert Nicat Əlibəyli Metbuat.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda daşınmaz əmlakın icbari sığortası yanğın, partlayış, təbii fəlakətlər və digər risklərdən qoruyur:
“Bakı üçün maksimum ödəniş 25 000 manat, digər bölgələrdə isə 15-20 000 manat olaraq müəyyən edilib. Bu məbləğlər əmlakın real bazar dəyərindən aşağı qalır və əmlak sahibləri üçün risk yaradır. Yeni nəzərdə tutulan "katastrofik risklərdən icbari sığorta" isə zəlzələ, iri daşqın kimi fəlakətlər zamanı daha yüksək təminat təklif edəcək və əmlak sahiblərinin müdafiəsini gücləndirəcək”.
Ekspert qeyd edib ki, digər detallarda baş verən dəyişiklikləri isə qarşıdakı zamanda biləcəyik.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

Azərbaycanın ən varlı şəxsləri
Xəbər Anı

Bu rüsumlar daşınmaz əmlakı bahalaşdırır - AÇIQLAM...
Bugun.az

Bakıda mənzillər ucuzlaşıb
Son Xeberler

Donald Trump'ın maaşı və sərvəti: Təfərrüatlar
Son Xeberler

Bakıda torpağın qiyməti bu müddətdən sonra bahalaş...
Son Xeberler

Prezidentdən Nazirlər Kabineti və İqtisadiyyat Naz...
Son Xeberler