
Emin Əmrullayev vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 31-də Salyan şəhərində vətəndaşları qəbul edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, qəbulda Salyan, Şirvan, Hacıqabul, Neftçala və Biləsuvar sakinləri iştirak edə bilərlər.
"Adları çəkilən şəhər və rayonların sakinləri 17 oktyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür", - məlumatda vurğulanıb.
Qeyd olunub ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
Oxşar xəbərlər

Yeni Təhsil naziri təyin olunan Emin Əmrullayev ki...
Son Xeberler

Yeni təhsil nazirindən ilk TƏYİNAT -
Son Xeberler

Emin Əmrullayev Təhsil İnstitutuna yeni direktor t...
Son Xeberler

Prezident yeni Təhsil naziri təyin etdi -
Son Xeberler

Yeni tədris ilinin başlanma tarixi bu gün açıqlana...
Son Xeberler

Emin Əmrullayev legioner limitinin ləğvindən danış...
Bugun.az