Ən etibarlı 3 bürc - Güvənən peşman olmaz
Astrologiyada bəzi bürclər sirr saxlamaq və etibarlılıq baxımından rəqibsizdirlər. Bu bürclər ətrafına yalnız güvən yox, eyni zamanda rahatlıq da bəxş edirlər. Gəlin, “güvən” deyildikdə ağla gələn həmin bürcləri və onları xüsusi edən cəhətləri araşdıraq.
Metbuat.az xarici KİV-ə istinadən həmin üç bürcü təqdim edir:
Güvənmək münasibətlərin təməl daşıdır. Kimilər üçün bu xüsusiyyət ömürboyu çətin bir mübarizədir, bəzi bürclər isə doğuşdan bu sahədə bir addım öndədir. Sirr saxlama və sədaqət mövzusunda seçilən üç bürc və onların xüsusiyyətləri ilə tanış olun.
Buğalar
Buğa bürcü, etibarlılığı ilə tanınır. Bir Buğaya sirrinizi etibar etdikdə, onu başqa biri ilə bölüşməyəcəyindən arxayın ola bilərsiniz. Ayaqları yerdə möhkəm duran Buğa münasibətlərində dürüstlüyə və sədaqətə böyük önəm verir. Bu bürc hər zaman sevdikləri üçün qaya kimi möhkəm dayaq olurlar.
Buğa bürcünün seçilən xüsusiyyətləri:
Verilən sözü tutur və fikrindən asanlıqla dönmür.
Güclü yaddaşı sayəsində ona əmanət edilən sirrləri unutmaz, amma ifşa da etməz.
Səbirli və sakit təbiəti ilə ətrafına inam bəxş edir.
Əqrəblər
Astroloji olaraq “sirrlərin qoruyucusu” adlandırılan Əqrəb bürcü etibarlılıq mövzusunda ən öndə gedənlərdəndir. Dərin hisslərə sahib olan Əqrəblər, onlara tapşırılan heç bir sirri başqaları ilə bölüşməzlər. Onlar üçün güvən, asanlıqla qırılması mümkün olmayan bir bağdır. Amma bir dəfə qırıldısa, onu yenidən bərpa etmək demək olar ki, mümkünsüzdür.
Əqrəb bürcünün seçilən xüsusiyyətləri:
Analitik düşüncəsi ilə düzgün insanları öz ətrafına cəlb edir.
Sirr saxlama qabiliyyəti əfsanəvi səviyyədədir.
Güvənini qazanan insanlara qarşı ömürboyu sədaqətlidir.
3. Oğlaqlar
Praktik zəka və ciddiyyəti ilə tanınan Oğlaq bürcü etibarlılıq məsələsində fərq yaradır. Sözünün arxasında durmaq və məsuliyyəti daşımaq Oğlaq üçün bir həyat fəlsəfəsidir. Çalışqan və qətiyyətli xarakteri sayəsində ətrafındakı insanlar onun hər zaman sözünün arxasında dayandığına inanırlar.
Oğlaq bürcünün seçilən xüsusiyyətləri:
İş həyatında və münasibətlərdə etibarlı tərəfdaşdır.
Səbirli və disiplinli yanaşması ilə ətrafına inam hissi aşılayır.
Məsuliyyətli xarakteri ilə hər kəsə nümunə olur.
Oxşar xəbərlər
Ən Etibarlı 5 Bürc: Xəyanət Onlara Yaddır
Bugun.az
Ən Etibarlı Beş Bürc: Xəyanət Onlar Üçün Yaddır
Bugun.az
Ən zəkalı bürc - Hər şeyi əvvəlcədən bilir
Bugun.az
190 manata qarpız alan qardaşlar peşman olub -
Son Xeberler
Pula həris olan 4 bürc
Xəbər Anı
Hər gün bu çaydan için -
Son Xeberler