
Əraqçi: İran müharibəyə hazır olmalıdır

İran xarici işlər naziri Abbas Əraqçi İsrailin yaxın gələcəkdə ölkəsinə hücum edəcəyini istisna edib.
Metbuat.az xəbər verir ki, o, bu barədə yerli KİV-ə bildirib.
“Beynəlxalq münasibətlər üzrə ekspert kimi, müharibənin tezliklə başlayacağını düşünmürəm”, - Əraqçi deyib.
Nazirin iddiasına görə, İsrail yaxın zamanda müharibənin başlayacağı ilə bağlı təsəvvür yaradaraq İran ictimai rəyinə mənfi təsir göstərməyə çalışır.
“Amma silahlı qüvvələr daim döyüş hazırlığında, hökumət isə istənilən fövqəladə vəziyyətə hazır olmalıdır. Çünki hazırlıq müharibənin qarşısının alınmasında ən təsirli amildir”, - Əraqçi əlavə edib.
Oxşar xəbərlər

Bu ölkə İran-İsrail münaqişəsinə qoşulacaq
Bugun.az

Abbas Əraqçi həftəsonu Rusiyaya səfər edəcək
Bugun.az

İran Xarici İşlər Naziri Suriyaya Səfər Etdi
Son Xeberler

İran XİN Rəhbəri Beyrutda Livan Baş Naziri ilə Gör...
Son Xeberler

İran-ABŞ danışıqlarının ikinci raundunun vaxtı açı...
Bugun.az

Türkiyə və İran XİN rəhbərləri görüşdü
Bugun.az