
Ərdoğan Türkiyə, Azərbaycan və Özbəkistan nazirlərinin görüşündən danışdı

Türkiyə - Azərbaycan- Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirləri arasında keçirilən görüş Türk dünyası dövlətləri arasında əməkdaşlığa rəsmi Ankaranın verdiyi dəyərin təzahürüdür.
Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
O bildirib ki, Türk dünyası böyük mütəfəkkir İsmayıl Qaspiralının “dildə, əməldə, işdə əməkdaşlıq” prinsipinə böyük önəm verir.
Dövlət başçısı əməkdaşlığın inkişaf edəcəyinə ümidini ifadə edib.
Qeyd edək ki, Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirləri yanvarın 29-da Ankarada görüşüblər.
Oxşar xəbərlər

Ərdoğan Pezeşkianla danışdı
Bugun.az

Ərdoğan PKK-nın ləğvindən danışdı
Bugun.az

Ərdoğan Zəngəzur dəhlizindən danışdı
Bugun.az

Türkiyə humanitar siyasət yanaşmasını davam etdiri...
Bugun.az

Ərdoğan Laçında bu şeiri səsləndirdi - VİDEO
Bugun.az

Ərdoğan NATO Baş katibini qəbul etdi
Bugun.az