“Filmdə ərsəyə gətirilmiş bütün faktlar reallığı əks etdirirdi” - Əli Vəliyev
"Bu filmin nümayiş olunduğu zalda, bəlkə, ən gənc sədərəklilərdən biri idim. Mənim həmin hadisələr vaxtı, təxminən, 4-5 yaşım var idi. Mən film haqqında onu deyə bilərəm ki, filmdə ərsəyə gətirilmiş bütün faktlar reallığı əks etdirirdi. Eyni zamanda Nəzifə ananın timsalında Azərbaycan qadınının qəhrəmanlığı göstərilirdi".
Metbuat.az "NUHÇIXAN"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında tarixi Sədərək döyüşlərinin 35 illiyinə həsr olunmuş "Sədərəkdən Şuşaya" filminin təqdimat mərasimində Manset.az saytının baş redaktoru Əli Vəliyev bildirib.
"Filmdə çox gözəl bir fikir də vurğulandı ki, məhz, biz ilk qələbəmizi 1990-cı ildə Sədərək döyüşlərində qazanmışıq” bu ifadə mənim çox xoşuma gəldi. Təbrik edirəm bir daha. Çox uğurlu bir filmdir."
Qeyd edək ki, Naxçıvan televiziyasının hazırladığı, müəllifi Sahil Tahirli olan “Sədərəkdən Şuşaya” sənədli televiziya filmində hadisələr Sədərək döyüşlərində iştirak etmiş qazilərin, döyüşçülərin və həmin döyüşlərdə həkim kimi çalışmış qəhrəman qadın Nəzifə Qaybalıyevanın timsalında nümayiş etdirilir.
Oxşar xəbərlər
"Azərbaycan Atabəyləri" bədii-sənədli filminin qal...
Bugun.az
SOCAR-da kadr dəyişikliyi olub -
Son Xeberler
Hərbi Prokurorluq 106 illik yubileyini qeyd etdi
Son Xeberler
Ordumuzun generalı və polkovniki şəhid oldu -
Son Xeberler
Bakıya gətirilən yaralıların vəziyyəti açıqlandı
Bugun.az
Qayınatası tərəfindən tikə-tikə edilən gəlin haqqı...
Son Xeberler