
Futbol klubunun baş məşqçisi 5 oyunluq cəzalandı

Azərbaycan II Liqasında çıxış edən “Ağdaş” klubunun baş məşqçisi Ruslan Hüseynov 5 oyunluq cəzalanıb.
Metbuat.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Buna mütəxəssisin XXI turun “Füzuli” ilə matçı bitdikdən sonra hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir və təhdid etməsi səbəb olub. Onun bu hərəkətinə görə Ağdaş təmsilçisi 400 manat ziyana düşüb.
Bölgə klubu oyun bitdikdən sonra futbolçular tərəfindən stadionun paltardəyişmə otağına vurulan zərəri də qarşılayacaq.
Bundan əlavə, “Ağdaş” klubu 6 futbolçunun sarı vərəqə almasına görə 70 manat cərimələnib.
Oxşar xəbərlər

İngiltərə millisinin üzvü koronavirusla bağlı zara...
İdman Xəbər

Neymar Çempionlar liqasının finalında oynamaya bil...
İdman Xəbər

Almaniya Klubunun Futbolçusu Türkiyə Millisinə Qoş...
Son Xeberler

FIFA Argentinalı Qapıçını Narahatedici Hərəkətinə...
Son Xeberler

Azərbaycanda “Barselona” klubunun akademiyası yara...
Bugun.az

"Neftçi"də Gözlənilməz Dəyişiklik: Samir Abasov Ge...
Bugun.az