
Goranboydakı gəlin-qayınata münaqişəsinin baş verdiyi yerdən GÖRÜNTÜLƏT

Goranboyda qumbara partlayıb.
Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb. 68 yaşlı Zakir Namazov gəlini, 38 yaşlı Vəfa Aslanova ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarası atıb.
Zakir Namazov Goranboy rayonu Tapqaraqoyunlu kəndi ərazisində çobanlıq edib. Ehtimal olunur ki, həmin partlayıcı maddə müharibə qalıqları ilə çirklənmiş və təmizlənməyən yerdən tapılıb. Kişinin həyat yoldaşı Yamin Məmmədova deyir ki, ailə daxilində münaqişə bir ilə yaxındır ki, davam edirmiş.
3 uşaq anası olan gəlin Vəfa Aslanovanın müalicəsi hazırda xəstəxanada davam etdirilir.
Gəlinin üzərinə partlayıcı maddə atmaqla ona xəsarət yetirən qaynata Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər

Azərbaycanda gəlin qayınatası ilə yataqda tutuldu...
Son Xeberler

Qayınatanın törətdiyi dəhşətli qətlin təfərrüatı:
Son Xeberler

Laçında 32 İldən Sonra Toy: Qarabağlı Gəlin-Bəyin...
Bugun.az

“Qazançı” kilsəsində 28 il sonra “Sarı gəlin” səsl...
Son Xeberler

Təhlükə geridə qaldı:
Son Xeberler

Bakıda gəlinini doğrayan qayınata haqqında GÖRÜN N...
Son Xeberler