
İkardidən diqqət çəkən mesaj: "Tezliklə..." - FOTO

"Qalatasaray"ın zədə səbəbindən mövsümü erkən başa vuran futbolçusu Mauro İkardi paylaşımı ilə gündəmə gəlib.
Metbuat.az xəbər verir ki, argentinalı futbolçu "Instagram" hesabında "Metin Oktay salamı" verdiyi fotoşəkil paylaşıb. O, paylaşımına "Tezliklə... uzaqda olan burada olacaq" sözlərini yazaraq yanında aslan və qum saatı emojiləri yerləşdirib. Bundan başqa, İkardinin hekayə bölməsində türkiyəli müğənni Simgenin məşhur "Aşkın Olayım" mahnısını əlavə edib.
İkardinin İnstaqramda etdiyi bu paylaşım sarı-qırmızılı azarkeşlərin marağına səbəb olub.
Qeyd edək ki, Mauro İkardi mövsüm ərzində "Tottenhem"lə keçirilən oyun da daxil olmaqla 14 matçda iştirak edərək 6 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun bu cür motivasiya dolu paylaşımı növbəti mövsümdə güclü geri dönüş siqnalı olaraq qəbul edilir.
Oxşar xəbərlər

Ən Yaxşı Şəkilləri Çəkən Samsung Modelləri
Texnologiya xəbərləri

Vivo Y50 5G: Güclü Batareya və Yüksək RAM ilə Gəli...
Texnologiya xəbərləri

Vüsalə dərin sinə dekoltesi ilə DİQQƏT ÇƏKDİ -
Şou Xəbər

Füzulidən dünyaya musiqi ilə mesaj -
Son Xeberler

iPhone 17 Air: Rənglər və Dizayn Açılışında
Texnologiya xəbərləri

Qənirə Ataşovanın hesabı silindi - FOTO
Bugun.az