🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

İlqar Həsənov yüksək vəzifəyə təyin olundu

28.02.2025 08:25 12 baxış sayı 1 dəq. oxuma
İlqar Həsənov yüksək vəzifəyə təyin olundu

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində yeni təyinat olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, agentliyin sədri Elnur Bağırov özünə müşavir təyin edib.

Bu vəzifə İlqar Həsənova həvalə olunub.

O, 2022-ci ilin dekabr ayından İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb, bundan əvvəl isə Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşma İnstitutunda fəaliyyət göstərib.

E.Bağırov Prezident İlham Əliyevin 12 fevral 2025-ci il tarixli sərəncamı ilə Dövlət Agentliyinin sədri təyin edilib.

Paylaş: