🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

​İran nüvə silahına sahib olmaq arzusundan əl çəkməlidir - Tramp

14.04.2025 18:25 21 baxış sayı 1 dəq. oxuma
​İran nüvə silahına sahib olmaq arzusundan əl çəkməlidir - Tramp

İran nüvə silahına malik ola bilməz və nüvə silahına sahib olmaq arzusundan əl çəkməlidir.

Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. O bəyan edib ki, İran nüvə silahına sahib olmaq arzusundan əl çəkməsə çox sərt cavabla üzləşəcək.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Arakçi Omanın paytaxtı Maskatda bir araya gəlib. Vitkoff bu görüşün son dərəcə konstruktiv keçdiyini bildirib. Arakçi həmçinin danışıqların konstruktiv və sakit keçdiyini qeyd edib və Oman Xarici İşlər Nazirliyinə göstərdikləri səylərə görə təşəkkür edib. Danışıqların davam etdiyi bir vaxtda ABŞ-nin Hind okeanın döyüş təyyarələri göndərməsi diqqət çəkib.

Paylaş: