🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

İspaniya ÇL-də 5 klubla təmsil olunacaq

18.04.2025 05:25 8 baxış sayı 1 dəq. oxuma
İspaniya ÇL-də 5 klubla təmsil olunacaq

Növbəti mövsümdə UEFA Çempionlar Liqasında İspaniya 5 klubla təmsil olunacaq.

Metbuat.az xəbər verir ki, İtaliya “Latsio”su UEFA Avropa Liqasının 1/4 finalında mübarizəni dayandırdığndan, La Liqadan Avrokuboklara əlavə yer verilib.

İspaniya hazırda klub reytinqində ikinci, İtaliya üçüncüdür. Avrokuboklarda mübarizəni davam etdirən “İnter”lə “Fiorentina”nın gələcək çıxışlarından asılı olmayaraq, İtaliya yuxarı pilləyə qalxa bilməyəcək .

Bu mövsüm İspaniyadan "Barselona" (Çempionlar Liqası), "Atletik" (Avropa Liqası) və "Betis" (Konfrans Liqası) yarımfinala yüksəlib.

Qeyd edək ki, İspaniyadan başqa İngiltərə də gələn mövsüm ÇL-də 5 klubla təmsil olunacaq. Reytinq siyahısında ingilislər ilk pilləni tutur.

Paylaş: