
İyunun 8-də havanın temperaturu dəyişəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, 7-dən 8-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.
Oxşar xəbərlər

İyunun 1-də havanın temperaturu dəyişəcək
Bugun.az

Martın 26-da havanın temperaturu kəskin dəyişəcək
Bugun.az

Temperatur aşağı düşəcək -
Son Xeberler

Mayın 22-də havanın temperaturu dəyişəcək
Bugun.az

Martın 12-də havanın temperaturu kəskin dəyişəcək
Bugun.az

Əhaliyə qəti xəbərdarlıq edildi, sabahdan...
Son Xeberler