
Kartofun qiyməti niyə artır?

Son günlər bazarlarda kartofun qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Hazırda kartofun kiloqramı ən yaxşı halda 1 manat 50 qəpik civarındadır. Bəs qiymət artımı nə vaxtadək davam edəcək?
Kənd təsərrüfatı üzrə ekspert Allahverdi Mustafayev Metbuat.az-a açıqlamasında bildirib ki, kartofun qiymətinin bahalaşmasının əsas səbəbi keçən ilin məhsulunun, yəni köhnə kartofun ehtiyatlarının tədricən tükənməsidir:
“Bu il hələ əsas kartof məhsulu bazara çıxmayıb. Hazırda bazarda satılan kartoflar əsasən faraş, yəni örtü altında yetişdirilən erkən məhsullardır. Bu kartofların həm məhsuldarlığı azdır, həm də istehsalı baha başa gəlir. Ümumiyyətlə, hər il faraş kartofun qiyməti nisbətən baha olur. Gözlənilir ki, əsas kütləvi məhsul bazara çıxanda qiymətlər nisbətən ucuzlaşacaq. Çünki təklif artacaq və bu da tələblə balanslaşacaq. Hazırda isə tələbat yüksəkdir, amma ehtiyatlar azalır, bu da qiymətlərin qalxmasına səbəb olur”.
A.Mustafayevin sözlərinə görə, inflyasiya da öz növbəsində bütün kənd təsərrüfatı məhsullarına təsir göstərir. Bu o deməkdir ki, kartof da ötən illə müqayisədə daha baha başa gələcək.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

Ən ucuz kənd məhsulları hansı bazarlarda satılır?...
Son Xeberler

Brent neftinin qiyməti 32.57$-a qalxıb
Bugun.az

Neft Qiyməti Yüksəldi
Bugun.az
Azərbaycan neftinin qiyməti bahalaşdı
Bugun.az

Unun son qiymətləri
Xəbər Anı

Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Son Xeberler