
Maksimum bal toplayan Bakı məktəbliləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 5 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib.
Metbuat.az xəbər verir ki, qurumdan verilən məlumata görə, martın 9-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 313 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Fərid Mehdiyev, 263 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Fatimə Abbaslı, 138 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Nuray Sadıqzadə, 204 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Müzəffər Qoşqarov, 89 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Aişə Bağırova 300 bal toplayıblar.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.
Oxşar xəbərlər

2024-cü ilin Ən Uzun Batareya Ömrünə Malik Smartfo...
Texnologiya xəbərləri

Batareyası Ən Uzun Çəkən Telefonlar: "Powerbank" K...
Texnologiya xəbərləri

Ən Uzun Batareya Ömrü Olan Smartfonlar
Texnologiya xəbərləri

Ən Uzun Batareya Ömrü Olan Smartfonlar
Texnologiya xəbərləri

Keçən il 652 bal yığsa da, oxumadı -
Son Xeberler

Bu ilin ilk Günəş tutulması hadisəsi bu tarixdə o...
Son Xeberler