🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Manatın dövretmə sürəti açıqlandı

03.10.2025 10:25 1 baxış sayı 1 dəq. oxuma
Manatın dövretmə sürəti açıqlandı

Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,38 bənd təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilib ki, bu, cari ilin avqustun 1-i ilə müqayisədə 0,01 bənd və ya 0,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,06 bənd və ya 1,7% azalıb.

Belə ki, bu ilin avqustun 1-nə manatın dövretmə sürəti 3,39 bənd, ötən ilin sentyabrın 1-nə isə 3,44 bənd təşkil etmişdi.

Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq, 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Paylaş: