Maqnit qütbü yerini dəyişdi - Bütün proqramlar yenilənəcək
Elm adamları daim hərəkət edən şimal maqnit qütbünün şərqə doğru dəyişdiyini qütb mərkəzinin Sibirə beş il əvvəlkindən daha yaxın olduğunu ortaya qoyublar.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ və Böyük Britaniyadan olan tədqiqatçılar da daxil olmaqla elm adamları araşdırma aparıblar. Elm adamları şimal maqnit qütbünün son yerini təyin edən yeni model yayımlayıb. Alimlər yer üzündə hər hansı ərazinin Yerin maqnit sahəsi ilə müəyyən edildiyini, bu maqnit sahəsinin isə daim yerini dəyişdiyini ifadə edib. Məlumata görə, böyük aviaşirkətlər yeni modelə uyğunlaşmaq üçün naviqasiya proqramını yeniləməli olacaqlar. NATO hərbçiləri həmçinin bütün növ avadanlıqlarda çoxlu mürəkkəb naviqasiya sistemlərində proqram təminatını yeniləməli olacaqlar.
Alimlər bildiriblər ki, Yerdəki həyat son 100 milyon il ərzində çoxsaylı maqnit dönüşlərinin şahidi olub, lakin müasir texnologiya mövcud olandan sonra bu heç vaxt baş verməyib.
Oxşar xəbərlər
Maqnit qasırğası başladı
Bugun.az
DİQQƏT! Sabah saat 14:00-da çölə çıxmayın
AzMedia
Çin Yer Kürəsinin Maqnit Sahəsindən 800.000 Dəfə G...
Texnologiya xəbərləri
Maqnit qasırğası gücləndi
Bugun.az
Tanınmış aparıcı iş yerini dəyişdi -
Şou Xəbər
Əhaliyə vacib XƏBƏRDARLIQ
Xəbər Anı