🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Maskla Trampın mübahisəsi ciddiləşir - Mask hədələdi

06.06.2025 08:25 17 baxış sayı 1 dəq. oxuma
Maskla Trampın mübahisəsi ciddiləşir - Mask hədələdi

ABŞ Prezidenti Donald Trampla və milyonçu iş adamı İlon Mask arasında sosial mediada gedən mübahisə fonunda Mask astronavtları və ləvazimatları Beynəlxalq Kosmik Stansiyaya daşımaq üçün istifadə edilən kosmik kapsulu istismardan çıxarmaqla hədələyib.

Metbuat.az Azərtac-a istinadən xəbər verir ki, Tramp Maskın “SpaceX” raket şirkətinə və onun “Starlink” internet peyk xidmətlərinə verilən dövlət müqavilələrini kəsməklə hədələdikdən sonra Mask “Dragon” kosmik gəmisini dərhal istismardan çıxarmağa başlayacağını bəyan edib.

“SpaceX” hazırda dörd nəfərlik “Dragon” kapsullarından istifadə edərək, ekipajları kosmik stansiyaya və oradan geri daşıya bilən yeganə ABŞ şirkətidir. Dövlət müqavilələri sayəsində hazırlanmış kapsul kosmik stansiyanın işləməsinin vacib elementidir. NASA həmçinin, yaxın gələcəkdə elmi missiyaların başlanması və astronavtların Ayın səthinə çatdırılması və digər proqramlar üçün “SpaceX”-ə etibar edir.

Paylaş: