🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

​NASA uzaq planetdə həyat izi aşkar etdi

17.04.2025 19:25 14 baxış sayı 1 dəq. oxuma
​NASA uzaq planetdə həyat izi aşkar etdi

NASA-ya məxsus “James Webb” kosmik teleskopu Yerdən yüzlərlə işıq ili uzaqlıqda yerləşən planetin atmosferində həyatla əlaqəli ola biləcək maddələrin izlərini aşkar edib.

Metbuat.az xəbər verir ki, İngiltərənin Kembric Universitetinin alimləri Günəşdən başqa bir ulduzun ətrafında dövr edən K2-18b adlı planetin atmosferini tədqiq ediblər. Tapıntılar Yer üzündə yalnız sadə orqanizmlər tərəfindən istehsal olunan molekulların mövcud olduğunu göstərir. Oxşar maddələrin izləri əvvəllər də aşkar edilib, lakin bu dəfə müşahidələr daha güclü siqnallar ehtiva edir. Məlumata görə, tədqiqatçıları atmosferdə həyatla əlaqəli olan dimetil sulfid və dimetil disulfidin molekularını aşkar ediblər.

Yer üzündə bu qazlar dənizdə yaşayan bakteriyalar tərəfindən istehsal olunur.

Paylaş: