"Nə Kremlə, nə də Minskə etibar etmək olar" -Politoloq
"Belarus Prezidenti Aleksandr Lukaşenko seçki günü sağa-sola xeyli açıqlama verib, bunların arasında bölgəmizə aid olanları da var. Paşinyanın siyasətini tənqid edən Lukaşenko Azərbaycana dəstək verdiyini gizlətməyib".
Metbuat.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
"Ancaq Lukaşekonun “44 günlük müharibədə uduzduqdan sonra Ermənistan baş naziri Nikol Paşinyan Xankəndinin və bütün Qarabağın faktiki Azərbaycanın ərazisi olduğunu elan edəndə Vladimir Putin və mən heyrətləndik” cümləsini xoş qarşılamaq mümkün deyil. Niyə heyrətləndiz? Bunda qəribə nə var? Paşinyan müharibədə məğlub olduğundan reallıqla barışıb və Qarabağın Azərbaycan ərazisi olduğunu söyləmək məcburiyyətində qalıb. Lukaşenkodan əvvəl Rusiya Prezidenti Vladimir Putin də bu mövzuya bir neçə dəfə toxunaraq deyib ki, “Qarabağın Azərbaycan ərazisi olduğunu Paşinyan tanıdığından Rusiyanın edəcəyi heç nə qalmadı”. Putinin və Lukaşekonun məntiqlərindən belə çıxır ki, birincisi, Paşinyan müharibədə məğlub olmasına baxmayaraq, gərək Qarabağı Azərbaycan ərazisi kimi tanımayaydı, ikincisi o Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Moskva və Minskdən daha çox dəstək alardı. Yəni demək istəyirlər ki, Paşinyan Azərbaycanın işini asanlaşdırıb. Elə buna görə də, nə Kremlə, nə də Minskə etibar etmək olar",- deyə o əlavə edib.
Oxşar xəbərlər
Deputatlar Minskə gedir
Son Xeberler
Ən Etibarlı Beş Bürc: Xəyanət Onlar Üçün Yaddır
Bugun.az
Güc strukturlarının bölmələri Minski tərk etdi
Son Xeberler
“Ermənistan tərəfinə necə etibar edə bilərik?” -
Son Xeberler
Azər Qasımlı həbs olundu
Bugun.az
Toylar yeni qaydalara uyğun keçirilə bilər -
Son Xeberler