
"NVIDIA" səhmləri rekord həddə yüksəldi

ABŞ-nin prosessor istehsalçısı "NVIDIA" "Microsoft"u geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusunu əldə edib.
Metbuat.az “TradingView”-ya istinadən xəbər verir ki, materialın dərc edildiyi anda "NVIDIA"nın bazar kapitallaşması proqram təminatı istehsalçısının dəyərini üstələyib.
Çip istehsalçısının bazar dəyəri ötən günün ticarət nəticələrinə əsasən 3,45 trilyon dollara çatıb. “Microsoft”un səhmlərinin dəyəri isə 3,44 trilyon dollar təşkil edib. Üçüncü yerdə “Apple” qərarlaşıb – onun kapitallaşması 3,04 trilyon dollar olub.
"NVIDIA" dünyanın ən bahalı şirkətləri siyahısında ilk sıraya ilk dəfə deyil çıxır. Bu, artıq ötən ilin iyun ayında da baş verib. O zaman da "NVIDIA" bazar kapitallaşmasına görə “Microsoft”u geridə qoymuşdu. Bundan əvvəl şirkətə Çinə H20 çipinin ixracına qoyulan məhdudiyyətlər səbəbindən 5,5 milyard dollar zərər proqnozlaşdırılırdı.
Oxşar xəbərlər

ABŞ Fond Bazarında "Dərin Axtarış" küləyi: Apple s...
Texnologiya xəbərləri

Elon Musk-ın X (Twitter) izləyici sayı rekord hədd...
Tesla Azerbaijan Community

Nvidia Rekord Gəlir Elədi!
Texnologiya xəbərləri

Gürcüstanda yoluxma rekord həddə artır
Son Xeberler

ABŞ-nin qərarı məşhur şirkəti ziyana saldı
Bugun.az

Britaniyada rekord göstərici
Son Xeberler