🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
Bugun.az
Bugun.az
9 abunə

Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşdü - 1 nəfər öldü

06.03.2025 17:25 27 baxış sayı 1 dəq. oxuma
Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşdü - 1 nəfər öldü

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşüb.

Metbuat.az-ın Qafqazinfo.az-a istinadən məlumatına görə, hadisə Ağdam-Füzuli yolunda baş verib. Belə ki, Məmmədova Svetlana və Fərzəliyev Rafet xidməti vəzifələrini yerinə yetirərkən Ağdam-Füzuli yolunda avtomobil qəzasına uğrayıblar.

Məmmədova Svetlana hadisə yerində dünyasını dəyişib, Fərzəliyev Rafət isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Paylaş: