🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Qatarların qrafik üzrə fəaliyyəti bərpa olundu

16.04.2025 07:25 17 baxış sayı 1 dəq. oxuma
Qatarların qrafik üzrə fəaliyyəti bərpa olundu

Hazırda qatarların qrafik üzrə fəaliyyəti bərpa olunub.

Metbuat.az xəbər verir ki, bu braədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb

Bildirilib ki, bütün ərazilərə nəzarət edilir, hər hansı hadisə baş verdikdə operativ reaksiya verilir.

Məlumata görə, ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

Qurum bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edir.

"Report"un sorğusuna cavab olaraq, ADY-dən həmçinin bildirilib ki, axşam saatlarında qatarların qrafikində hər hansı dəyişiklik yoxdur.

Paylaş: