🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Qonşu ölkədə meşə yanğınları genişləndi -VİDEO

27.07.2025 05:25 1 baxış sayı 1 dəq. oxuma
Qonşu ölkədə meşə yanğınları genişləndi -VİDEO

Türkiyənin Bursa vilayətininn Gürsu və Kestel rayonları arasındakı meşəlik ərazidə baş verən yanğın küləkli hava şəraiti səbəbindən böyüyür.

Metbuat.az yerli mətbuata istinadən xəbər verir ki, ərazidəki bəzi kəndlərin boşaldılmasına başlanılıb. Yanğının yaşayış sahələrini təhdid etdiyi, Karahıdır və İğdır kəndlərinin alov içində olduğu bildirilir.

Yanğının hansı səbəblərdən baş verdiyi hələ məlum deyil. Ərazidəki yaşayış yerlərinin təhlükə altında olduğu bildirilir.

Ölkənin Karabük, Uşak və Kahramanmaraş vilayətlərində də meşə yanğınları tüğyan edir. Karabükdə 20-yə yaxın kənd və 50 məhəllə boşaldılıb.


Paylaş: