🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Qurban Qurbanov "Şelburn"la oyundan danışdı

22.07.2025 20:25 1 baxış sayı 3 dəq. oxuma
Qurban Qurbanov "Şelburn"la oyundan danışdı

"Qarabağ" "Şelburn"a qarşı səhvsiz oynamağa çalışacaq.

Metbuat.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis səfər görüşündən sərfəli nəticə ilə dönmək istədiklərini söyləyib:

"Yaxşı komandaya qarşı çıxış edəcəyik. "Şelburn" barəsində ancaq xoş ifadələr işlətmək olar. Bu komandanın özünə uyğun oyun üslubu var. Rəqib artıq Çempionlar Liqasında iki görüş keçirib. Bu baxımdan, onlar artıq bəzi göstəricilərə görə bizdən üstündürlər. Hər bir halda rəqibi yaxından tanımağa çalışmışıq. Sabahkı qarşılaşmada səhvsiz oynamaq istəyirik. İnanıram ki, azarkeşlər üçün də maraqlı qarşılaşma olacaq. Stadionun azarkeş tutumu az olsa da, meydana toplaşan tərəfdarlar bunu hiss etdirmirlər. Onlar hər baxımdan qələbə üçün istəklidirlər".

O, İrlandiya təmsilçisinin oyununu stadiondan canlı olaraq izlədiyini, rəqibin təhlükəli yanlarını bildiyini vuğulayıb:

"Bir daha təkrar edirəm ki, rəqib çox istəklidir. Əks hücumlarda təhlükəli hücumlar yarada bilirlər. Oyun sistemlərini düzgün icra edirlər. Sandart vəziyyətlərdə də rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaradırlar. Bu səbəbdən sabah maksimum az səhv etməyə çalışacağıq".

Q.Qurbanov komandanın avrokuboklarda böyük təcrübəyə malik olmasının və hər il qrup mərhələsinə qədər irəliləməsinin səbəbi barədə də danışıb:

“Klub olaraq öz işimizə məsuliyyətli yanaşırıq. Rəhbərlik səviyyəsində elə iş qurulub ki, qazanılan uğur hər il ən azı təkrarlanmalıdır. Həmişə istəkli kollektivimizin olmasına çalışmışıq. Bəzi dəyişikliklərə baxmayaraq, bunu qoruyub saxlaya bilmişik. Əlbəttə ki, problemlər olur, bəzən istədiyimiz nəticəni əldə edə bilmirik. Amma 11 il qrup mərhələlərində oynamağı böyük uğur hesab edirik”.

Qeyd edək ki, "Tolka Park"dakı "Şelburn" - "Qarabağ" oyunu sabah, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Paylaş: