🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Ramazanın üçüncü gününün duası - İmsak və iftar vaxtı

02.03.2025 15:25 10 baxış sayı 2 dəq. oxuma
Ramazanın üçüncü gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının üçüncü günüdür.

Metbuat.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 3-nə imsak vaxtı saat 05:46-da, iftar vaxtı isə 18:49-dır.

Martın 13-ü üçün namaz vaxtları:

Sübh azanı 05:35

Zöhr azanı12:50

Əsr azanı17:00

Məğrib azan 19:00

İşa azanı20:00

Üçüncü günün imsak vaxtı üçün duasını təqdim edirik:

"Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin”.

Tərcüməsi:

"İlahi, bu gün mənə ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!”

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul eləsin!

Paylaş: