
“Real Madrid”in futbolçusunun evi yandı

“Real Madrid” klubunun braziliyalı futbolçusu Vinisius Juniorun İspaniyanın paytaxtı Madriddə yerləşən evində yanğın baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Hadisə cümə axşamı səhər saatlarında baş verib. Yanğın evin zirzəmisində yerləşən saunanın tavan hissəsində başlayaraq qısa müddətdə yayılıb və həmin bölməni tamamilə yararsız hala salıb. Yanğın zamanı Vinisius Juniorun evdə olmadığı, hadisə nəticəsində xəsarət alan və ya dumandan zərər çəkən şəxs olmadığı bildirilib. Lakin qalın tüstü evin iki mərtəbəsinə qədər yayılıb.
İlkin araşdırmalara əsasən, yanğının səbəbi elektrik nasazlığı olub. Yanğınsöndürənlər yanğını tam nəzarət altına alıblar.
Qeyd edək ki, Vinisius Junior təxminən 8 milyon dollara aldığı bu lüks malikanədə yaşayırdı. Beş yataq otağı olan evdə müasir idman zalı, geniş istirahət sahələri və müxtəlif əyləncə otaqları mövcuddur.
Oxşar xəbərlər

"Real" Yamal üçün hərəkətə keçdi
melumat.tv

"Real" öz evində "El-Klasiko"da məğlub oldu
Bugun.az

"Real Madrid"in əfsanəvi futbolçusu vəfat etdi
İdman Xəbər

"Real" rəhbərliyindən Ançelottini qəzəbləndirən, A...
Bugun.az

"Real Madrid" öz meydanında məğlub oldu
Bugun.az

Vinisius'a Deyilən Sert Cavab: "İki Çempionlar Liq...
Son Xeberler