
Rektor təyin olunan Anar Eminov kimdir?

Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.
Metbuat.az-ın məlumatına görə, o, 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq ticarət" ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olub.
2004-2006-cı illərdə Türkiyənin “Doqquz Eylül” Universitetinin Sosial Elmlər İnstitutunda "Beynəlxalq biznesin idarə olunması" ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib.
2007-2011-ci illərdə Qərb Universitetinin Hüquq fakültəsində ikinci ali təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib.
2007-2009-cu illərdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində "Dünya İqtisadiyyatı" ixtisası üzrə doktorantura təhsilini vaxtından əvvəl başa vurub və 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2010-cu ildən etibarən ATMU-nun "Turizmdə menecment və marketinq" kafedrasında müəllim, baş müəllim və 2013-cü ildən "Marketinq" kafedrasının müdiri vəzifələrində çalışıb. 2016-cı ildən həmin kafedranın dosentidir.
2018-ci ilin aprel ayında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə ATMU-nun Elm və İnkişaf məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib.
Anar Eminovun yerli və beynəlxalq elmi jurnallarda (Fransa, Türkiyə, Rusiya, Bolqarıstan, Qırğızıstan və s.) çap edilmiş 70-dək məqaləsi, 1 monoqrafiyası və 4 dərs vəsaiti mövcuddur.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

Nazir təyin olunan Rəşad Nəbiyev kimdir? - DOSYE /...
Son Xeberler

Bu universitetə rektor əvəzi təyin olundu -FOTO
Bugun.az

Təcili Yardım Sürücüsünün Ölümü: Qətl Hadisəsi
Bugun.az

Yenidən rektor təyin edildi - SƏRƏNCAM
Bugun.az

Yeni Təhsil naziri təyin olunan Emin Əmrullayev ki...
Son Xeberler

Sahil Babayevin yerinə gətirilən nazir kimdir?
Bugun.az