
Rəşad Nəbiyevə müşavir təyin edildi - FOTO

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, Orxan Madar oğlu Quliyev rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin edilib.
O, Berlin Texniki Universitetində Sənaye mühəndisliyi - proseslərin və istehsalatın avtomatlaşdırılması üzrə bakalavr və magistr təhsili alıb.
SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində işə başlayan Orxan Quliyev bu təyinata qədər “SOCAR Caspian İnnovation Center” MMC-də baş əməliyyatlar direktoru vəzifəsində çalışıb. Bakı Ali Neft Məktəbinin müəllimidir.
Qeyd edək ki, O.Quliyev Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.
Oxşar xəbərlər

Nazir təyin olunan Rəşad Nəbiyev kimdir? - DOSYE /...
Son Xeberler

SON DƏQİQƏ: İlham Əliyev onu NAZİR vəzifəsinə təyi...
Son Xeberler

Baş leytenant Mahmudov Rəşad Rəşid oğlu ilə vida m...
Son Xeberler

Rəşad Sadıqov Avtomobil Qəzasına Uğrayıb
Bugun.az

İlqar Həsənov yüksək vəzifəyə təyin olundu
Bugun.az

Yeni nazir kollektivə təqdim olundu
Son Xeberler