
Sabah məktəblərdə dərs olacaq? -RƏSMİ CAVAB

Fevralın 24-də ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məkumat yayıb.
Bildirilib ki, mövcud hava şəraiti ilə bağlı ayrı-ayrı məktəblərdə keçirilməsi mümkün olmayan dərslər (müəllimlərin işə gecikməsi səbəbindən və ya şagird davamiyyətinin əsaslı aşağı olduğu hallarda) yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisələri rəhbərlərinin qərarı ilə növbəti günlərdə əlavə dərslərlə əvəz ediləcək.
Qeyri-sabit hava şəraiti ilə bağlı müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, təhlükəsizlik qaydalarına nəzarət gücləndirilib.
Qeyd edək ki, hava şəraitinə uyğun olaraq regional təhsil idarələri tərəfindən operativ qərarlar qəbul ediləcək:
"Müşahidə edilən qeyri-sabit hava ilə əlaqədar valideynləri diqqətli olmağa, övladlarını nəzarətdə saxlamağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq".
Oxşar xəbərlər

Noyabrda 18 gün dərs olmayacaq
Xəbər Anı

Matəm günü dərs olacaq? - RƏSMİ
Bugun.az

Tətildən sonra ilk dərs günü nə vaxtdır?
Bugun.az

"Dərs vaxtı"nın sabah üçün cədvəli
SON Xəbər

Məktəblərdə yeni dərs ilinə hazırlıq başlanıldı -
Son Xeberler

Sabah məktəblərdə dərslər dayandırılacaq? -
Son Xeberler