Şəhidlərlə birgə Hacı Şahinə salavata etiraz etdi
“Məscidlərdə olan axundların rəhbərliyi Dini Komitədədir”.
Metbuat.az lent.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Cavanşir Paşazadə deyib.
Deputat bildirib ki, dini məsələlərə rəhbərlik edən axundların hər cümə üçün Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmış moizələri var: “Amma “palatka mollaları” tərəfindən kiməsə salavat çəkilməsi, bizə uyğun olmayan saqqal saxlanılması kimi məsələləri edənlər nəzarətsiz insanlardır. Onların bizim dövlətimizin apardığı siyasətə aidiyyəti yoxdur. Cəmiyyət bunlara cavab verməlidir”.
Deputat Tənzilə Rüstəmxanlı çıxışında şəhidlərlə bərabər Hacı Şahinə də salavat gətirilməsinə etiraz edib.
Modern.az məsələ ilə əlaqədar Hacı Şahinin qardaşı Hacı Elçinlə əlaqə saxlayıb.
Sayta açıqlamasında Hacı Elçin deputatın iradına belə cavab verib:
“Deputat buna pis baxır, qoy pis baxsın. Bu, onun şəxsi yanaşmasıdır. Belə şeylərdən uzağam. Qardaşımın ruhuna salavat çevirmələri mənim üçün xoşdur. Adi adam üçün də salavat çevirirlər. Rəhmətə gedənin ruhuna salavat çevirərlər. Onun içərisində nə xarablıq var ki, elə fikirləşir? Özü bilər”.
Oxşar xəbərlər
Hacı Şahinin Məzarı Yeniləndi
Bugun.az
İordaniya Ərəb Liqasını İsrailin Qərarına Etiraz E...
Bugun.az
Hacı Nuran koronavirusa yoluxdu
Son Xeberler
Bakıda qadın ərini öldürdü
Xəbər Anı
ABŞ-ın Azərbaycan və Ermənistandakı səfirliklərind...
Son Xeberler
İrəvanda parlament binasının qarşısında etiraz aks...
Son Xeberler